CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: işıqforlar bərpa edildi

© Baku Transport AgencyПешеходный светофор
Пешеходный светофор - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub

BAKI, 3 iyul — Sputnik. Paytaxtın bəzi küçələrində elektrik təchizatının kəsilməsi ilə əlaqədar işləməyən işıqforların işi bərpa olunub.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N.Yusifbəyli küçəsi ilə C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləməyib.

Artıq Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub.

Xəbər lenti
0