CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yayın istisində, qışın soyuğunda bizə əziyyət verirlər – Çarə də ki, hələ yox

© Sputnik / Anar MustafayevЛюди производят платеж через терминал оплаты на станции бакинского метрополитена
Люди производят платеж через терминал оплаты на станции бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Mais Ağayev deyir ki, gediş haqqının onlayn yüklənməsinin tezliklə baş tutması üçün kart sisteminin əhatə dairəsi genişlənməlidir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Paytaxtda ictimai nəqliyyatda kart sisteminin işə düşməsi sərnişinləri sevindirsə də, dayanacaqların bəzilərində gediş haqqı yükləmək üçün aparatların olmaması onların işini çətinləşdirir. Sərnişinlər bəzən gediş haqqı yükləmək üçün bir dayanacaq piyada məsafə qət etdiklərini, bəzən isə kiməsə bunun üçün minnətçi düşdüklərini söyləyirlər. Xüsusilə metrostansiyalara yaxın ərazilərdə yerləşən avtobus dayanacaqlarında karta gediş haqqı yükləmək üçün aparat tapmaq müşküldür. Sərnişinlər məcbur olub bunun üçün metroya düşdüklərini söyləyirlər.

Банковские карты - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kart tələbi bizə də çatdı – Milyonlar xərclənəcək, amma rahatlığını da görəcəyik

Qeyd edək ki, çimərlik istiqmətlərində də dayanacaqlarda gediş haqqı yükləmək üçün aparatlar yoxdur. Məsələn, Şıx çimərliyi istiqamətində, Salyan yolunda dayanacaqlara da hələlik BakıKart aparatları qoyulmayıb. Sərnişinlərin verdiyi məlumata görə, Gəncə prospektində də dayanacaqların əksəriyyətində gediş haqqı yükləmək üçün aparat yoxdur. Bu siyahını uzatmaq da olar...

Digər tərəfdən, bəzən qoyulan BakıKart aparatları da normal işləmir. Sərnişinlər karta yüklədikləri pullarının “it-bata” düşməsindən, bəzən isə ümumiyyətlə aparatın işləməməsindən şikayətlənirlər. Bu isə sərnişinin bir deyil, bir neçə dayanacağı piyada qət etməsinə gətirib çıxarır.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, hər dayanacaqda ödəmə terminalı olması ilə bağlı bir tələb, normativ mövcud deyil: "Bu gün Bakı şəhərində metro stansiyalarında 148 ədəd BakıKarta məxsus ödəmə terminalı var. Bundan başqa müxtəlif avtobus dayanacaqlarında 51 ədəd BakıKart ödəmə terminalı var. Eyni zamanda MilliÖnə məxsus dayanacaqlarda 200-ə yaxın terminal var. Bu çox böyük statistikadır. Bəli onunla razıyıq ki, bəzən terminalların bir qisminin işində müəyyən texniki nasazlıq yaranır. Belə hallar olan zaman, vətəndaşlardan müraciət daxil olan kimi məsələnin həlli istiqamətində iş aparılır. Texniki nasazlıq qısa zamanda aradan qaldırılır".

Автобусы в Баку - Sputnik Azərbaycan
İlin sonuna kimi bütün avtobuslarda kart sistemi olacaq

Qeyd edək, bir müddət əvvəl gediş haqqının onlayn ödənilməsi məsələsi də gündəmə gəlmişdi. İqtisadçılar təşəbbüsü dəstəkləyərək bunun həm sərnişinlərin rahatlığına xidmət edən bir addım olduğunu, həmçinin də ki, nağd ödəmələrin azalmasına səbəb olacağını bildirmişdilər. Bəllidir ki, nağdsız ödəmələrin stimullaşdırılması ilə bağlı dövlət tədbirlər həyata keçirilir. Sərnişinlər öz əmək haqqı və digər kartları vasitəsilə gediş haqqını onlayn yükləsələr, bu sərnişindaşımada maliyyə şəffaflığını da təmin edər.

Mais Ağayev isə deyir ki, gediş haqqının onlayn yüklənməsinin tezliklə baş tutması üçün kart sisteminin əhatə dairəsi genişlənməlidir: "Bu il kart sisteminin əhatə dairəsi geniləndiriləcək. Bu çərçivədə onlayn ödəmə də işə salınacaq".

Onun sözlərinə görə, onlayn yüklənmənin tətbiqi üçün də heç bir texniki problem yoxdur: "Texniki bir ciddi məsələ yoxdur. Sadəcə olaraq əsas məsələ kart sisteminin əhatəsinin genişlənməsidir. Bu məsələ avtobus parkının yenilənməsindən asılıdır. Bu istiqamətdə ciddi iş aparılır".

Xəbər lenti
0