BAKI, 3 iyul — Sputnik. "Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib:
1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;
2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;
3) turizm və rekreasiya zonası – 25842,0 hektar;
4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;
5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 22,0 hektar.