CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlər, tələsin: 7 saat vaxtınız var

© Photo : Baku city Education DepartmentMüəllimlər imtahan zamanı, arxiv şəkli
Müəllimlər imtahan zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

BAKI, 3 iyul — Sputnik. İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Sputnik Azərbaycan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Xəbər lenti
0