BƏƏ şeyxlərinin ailə problemləri bitmir

© AFP 2024 / CRISTINA QUICLERПринц Халид бин Султан аль-Кассими и его отец доктор Шейх Султан аль-Касими, эмир Шарджи
Принц Халид бин Султан аль-Кассими и его отец доктор Шейх Султан аль-Касими, эмир Шарджи - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ölüm səbəbləri açıqlanmır

BAKI, 3 iyul — Sputnik. Şarja əmirinin oğlu şeyx Xalid bin Sultan Əl-Qasiminin ölümü ilə bağlı BƏƏ-də üçgünlük milli matəm elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "WAM" agentliyi yazır.

Şarja əmirinin işləri üzrə idarə bildirib ki, şeyx Xalid Əl-Qasimi iyulun 1-i Böyük Britaniyada dünyasını dəyişib.

Onun ölüm səbəbləri açıqlanmır.

39 yaşlı Xalid bin Sultan Əl-Qasimi Şarja əmiri şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin üçüncü oğlu idi.

Şahzadə Böyük Britaniyada yaşayırdı və "Qasimi" adlı şəhər geyim brendinin yaradıcısı idi.

Xəbər lenti
0