Ruhani danışdı: Öhdəliklərimizi ona görə azaldırıq ki...

© AP Photo / Iranian Presidency OfficeПрезидент Хасан Рухани на встрече с представителями министерства здравоохранения в Тегеране, Иран
Президент Хасан Рухани на встрече с представителями министерства здравоохранения в Тегеране, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz əminik ki, bu addımlar olmasa Birgə Hərtərəfli Fəaliyyət Planı məhv olacaq", - Ruhani deyib.

BAKI, 3 iyul — Sputnik. İran Prezidenti Həsən Ruhani Tehranın nüvə razılaşması çərçivəsində öhdəliklərini azaltmaq qərarını ölkəsinin bu sazişi saxlamaq niyyəti ilə izah edib.

Sputnik Azərbaycan İran prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Ruhani bu barədə Nazirlər Kabinetinin iclasında deyib.

"İranın öhdəliklərinin azaldılması Birgə Hərtərəfli Fəaliyyət Planına (nüvə razılaşması – red.) qarşı yox, onun saxlanılmasına yönəlib. Çünki biz əminik ki, bu addımlar olmasa Birgə Hərtərəfli Fəaliyyət Planı məhv olacaq", - deyə Ruhani bildirib.

O, həmçinin vurğulayıb ki, İran müvəqqəti olaraq imtina etdiyi öhdəlikləri bərpa edəcək, lakin bunun üçün razılaşmanın digər tərəfləri də eyni addımı atmalıdırlar.

Ruhaninin sözlərinə görə, bu həmçinin bir qədər əvvəl zənginləşdirilmiş uran limitinin aşılması məsələsinə də aiddir.

Bir neçə gün əvvəl İran az zənginləşdirilmiş uran ehtiyatlarının nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqram limitini keçdiyini bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın ehtiyatlarının bu rəqəmi keçdiyini təsdiqləyib.

Xəbər lenti
0