BAKI, 3 iyul - Sputnik. "Facebook" şirkəti bu sosial şəbəkədə yaranmış problemlərlə bağlı rəsmi izahat verib. İzahat "Twitter" şəbəkəsindəki rəsmi profildə yayılıb.
"Bizim xəbərimiz var ki, bəzi istifadəçilər şəkillərin, videoların və başqa faylların proqramlarımız vasitəsilə yüklənməsində və göndərilməsində problemlə üzləşiblər. Narahatlığa görə üzr istəyirik və çalışırıq ki, vəziyyəti mümkün olduğu qədər tez bir müddətdə normallaşdıraq" - dərc olunmuş statusda qeyd olunur.
We’re aware that some people are having trouble uploading or sending images, videos and other files on our apps. We're sorry for the trouble and are working to get things back to normal as quickly as possible. #facebookdown
— Facebook (@facebook) 3 июля 2019 г.
Xatılrladaq ki, "Whatsapp", “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətində bir neçə saatdır ki, problem yaranıb. Misal üçün, "Facebook"da şəkillər görünmür.