CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə sahibsiz it 7 yaşlı uşağın üzünü yaraladı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidСобаки в приюте для бездомных животных, фото из архива
Собаки в приюте для бездомных животных, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb

BAKI, 2 iyul — Sputnik. Bu gün axşam saatlarında Şəkinin Kiş kənd sakini, 2012-ci il təvəllüdlü Səid Şamxal oğlu Kərimov it dişləməsi xəsarətilə rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, S.Kərimov yaşadığı evin yaxınlığında küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb. İt S.Kərimovun başın sol təpə nahiyəsini, sol yanağını və sağ gözün üst qapağını dişləyərək xəsarət yetirib.

S.Kərimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Xəbər lenti
0