Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur bakılı "Qolos Rossiya"da meyxana dedi

© Instagram / shevgiИзвестный азербайджанский блогер Шевги Ахадов
Известный азербайджанский блогер Шевги Ахадов  - Sputnik Azərbaycan
Abunə olmaq
Bloger Şövqü Əsədov məşhur vokal müsabiqəsi üzərində eksperiment edib

BAKI, 2 iyul — Sputnik. Məşhur azərbaycanlı bloger Şövqü Əhədov həmkarı Rüstəm Mayerlə birlikdə Rusiyanın Birinci kanalında gedən "Qolos Rossiya" (Rusiyanın səsi) vokal layihəsində dinləmələr zamanı meyxana ifa edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от ШЕВГИ АХАДОВ (@shevgi)

Əsədov hər dəfə müxtəlif yumoristik çarxlar çəkir. Bu dəfə o, məşhur layihə üzərində eksperiment aparmaq qərarına gəlib. Bloger öz həmkarı ilə birlikdə meyxana deyib və onu videoya elə calayıb ki, guya "Qolos"un münsifləri onların ifasını qiymətləndirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Əsədov bu videoçarxı özünün Instagram sosial şəbəkəsindəki səhifəsinə yerləşdirib. Blogerin bu işi sosial şəbəkə istifadəçilərinə ləzzət eləyib və onlar belə pozitiv videoya görə ona minnətdarlıqlarını bildiriblər.

Şövqü Əhədov Bakıda doğulub-böyüyüb, hazırda Moskvada yaşayır və işləyir. O, ŞHK-da iştirak etməklə yanaşı, öz bloqunu da idarə edir. Müxtəlif problemləri əks etdirən yumoristik çarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşır. Onun çarx tərəfdaşları tez-tez rusiyalı məşhurlar olur.

Xəbər lenti
0