Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. İran Ticarət Palatasının Baş katibi Əlireza Əşrəfin və İran Parlamentinin Proqram və Büdcə Komissiyasının rəhbərliyi altında İran İslam Respublikasının İslami Şura Məclisinin 5 nəfərdən ibarət heyəti bu gün Bakıya gəlib.
İranın Azərbaycandakı Səfirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, heyət iyulun 3-də Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək, daha sonra isə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək.
İranın nümayəndə heyəti iyulun 3-də həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov tərəfindən verilən naharda da iştirak edəcək.