CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstilər qayıdır - Sabaha hava proqnozu

© Sputnik / Murad OrujovЖаркая погода в Баку, фото из архива
Жаркая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq

BAKI, 2 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasınd iyulun 3-də hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 3-də hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0