BAKI, 2 iyul — Sputnik. Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycanın əldə etdiyi məlumata görə, qəza zamanı Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalov xəsarət alıb.
Qeyd edilib ki, Ramazan Zeynalov xidməti "Range Rover"i ilə qəzaya uğrayıb. Qəza zamanı o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hazırda Ramazan Zeynalov bud sümüyün sınığı xəsarəti ilə Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Hacı Mazan" dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur.