Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümündə vətəndaşların kütləvi şəkildə turzim obyektlərinə üz tutmasını nəzərə alaraq, vətəndaşlardan xahiş edir ki, həmin ictimai-iaşə obyektlərində qanun pozuntuları ilə rastlaşanlar 1003 Çağrı Mərkəzinə zəng edib məlumat versinlər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda turizmin inkişafı üçün müvafiq icra qurumlarının qiymət siyasətinə nəzarət etməsi vacibdir:
“Bundan sonra biz daxili turizmin sürətlə inkişaf etməsinin şahidi ola bilərik. Ölkəmizdə turizm üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı. Xüsusən də, Azərbaycanda qış turizmi getdikcə populyarlaşır. Ancaq qış turizmi obyektlərində müəyyən narahat edən məqamlar da qalmaqdadır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz