BAKI, 1 iyul — Sputnik. İyunun 29-da axşam saatlarından başlayan güclü külək paytaxtda 15 ağacı aşırıb.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub.
O. Məmmədov bildirib ki, müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər daxil olub.
"Müraciətlər qeydə alınıb, aşmış və sınmış budaqlar ərazidən götürülüb. Əyilən ağaclar isə qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Güclü külək Binəqədi rayonunda irigövdəli ağacı "KİA" markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, həmin vaxt ərazidə heç kim olmayıb".