BAKI, 1 iyul – Sputnik. S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılması 10 gün ərzində həyata keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, həmçinin sözügedən zenit-raket sistemlərinin tədarükü səbəbindən Türkiyə ilə ABŞ arasındakı mövcud münasibətlərin həll ediləcəyinə əminliyini ifadə edib: “ABŞ C-400-lərin alışına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”.
Ərdoğan eyni zamanda Türkiyəyə 100 F-35 döyüş təyyarəsinin tədarük etməsinin lazım olduğunu da xatırladıb.
Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.