İrandan xəbərdarlıq: OPEK çökər

© REUTERS / Ramzi BoudinaЭмблема лого на неформальной встрече стран-членов ОПЕК в Алжире
Эмблема лого на неформальной встрече стран-членов ОПЕК  в Алжире - Sputnik Azərbaycan
Abunə olmaq
"OPEK-in ilk öncə öz üzvləri arasında razılaşma əldə etməsi lazımdır"

BAKI, 1 iyul — Sputnik. "OPEK üzvlərinin çoxu İranın dostudur. Amma İran heç bir ölkəyə düşmənçilik etmədiyi halda, OPEK-in bir neçə üzvü böyük İran millətinə qarşı düşmənçilik edir".

Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijan Namdar Zanqane deyib.

İnfoqrafika İxrac - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın qeyri-neft məhsullarının ixracı: Rəqəmlər

İranın OPEK xaricindəki neft ixracatçısı ölkələrlə əməkdaşlığı dəstəklədiyini bildirən Zanqane qeyd edib: "OPEK-in ilk öncə öz üzvləri arasında razılaşma əldə etməsi lazımdır. Bəzi qonşularımızın İrana qarşı düşmənçiliyi yerə qoyub uzadılan dostluq əlimizi tutmaları daha yaxşı olar. OPEK-də birlik olmadan başqa bir mövzuya girmək faydasız bir jest olaraq qalacaq".

İranın neft naziri bildirib ki, bəzi OPEK üzvləri digər üzvlərin maraqlarını vurmağa çalışsa, OPEK çökər.

Qeyd edək ki, 1-2 iyul tarixlərində Vyanada OPEK-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşü keçiriləcək. "OPEC plus" nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də Vyanada OPEK-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Xəbər lenti
0