Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobillərin artması problem yarada bilərmi - ekspert şərh edir

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak eksperti Ramil Osmanlı deyir ki, avtomobillərin artımının yaradacağı problemlərin həlli üçün yol infrastrukturu yenilənməlidir
Ramil Osmanlı: “Azərbaycan istehsalçı ölkə olmadığına görə, idxal təbii prosesdir”

Bu ilin yanvar-may aylarında Azərbaycana 15 585 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a deyir ki, avtomobil idxalının artması müsbət haldır:

“Bu bazarın inkişafına  təsir edən məqamdır. Bu məsələnin həll yolu avtomobil idxalına qadağaların tətbiq edilməsi olmamalıdır. Avtomobillərin artımının yaradacağı problemlərin həlli üçün yol infrastrukturu yenilənməlidir. İdxalın artması alıcılıq qabiliyyətinin artmasını göstərir. Azərbaycan istehsalçı ölkə olmadığına görə idxal təbii prosesdir. Əksinə, idxalın azalması mənfi hal kimi qəbul edilə bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0