Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 1 iyul — Sputnik. Şirvan şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Babayev Toğrul 52 BK 773 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Nəticədə serjant Toğrul Babayev ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, reanimasiyaya yerləşdirilən polis ayağından xəsarət alıb. Qəza nəticəsində onun bud sümüyündə sınıq yaranıb. Nazirliyin məlumatına görə, xəsarət alan polis əməkdaşının vəziyyəti hazırda normal qiymətləndirilir.