Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 1 iyul — Sputnik. Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.