Rusiya silahları xarici rəqiblərini sıxışdırır: İndi də İndoneziya müştəri düşdü

© Sputnik / Alexey Kudenko / Mediabanka keçidВоенная техника в военно-патриотическом парке культуры и отдыха Вооруженных сил РФ "Патриот" во время закрытия Международного военно-технического форума "Армия-2019"
Военная техника в военно-патриотическом парке культуры и отдыха Вооруженных сил РФ Патриот во время закрытия Международного военно-технического форума Армия-2019 - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər 175,2 milyon dollar dəyərində müqavilə imzalayıb

BAKI, 1 iyul — Sputnik. Dünən başa çatmış "Armiya-2019" hərbi-texniki forum çərçivəsində İndoneziya və Rusiya arasında 175,2 milyon dollarlıq müqavilə imzalanıb. Sənədə əsasən İndoneziya ordusu 2020-ci ilədək Rusiyadan 40-dan çox hərbi maşın (22 ədəd "BMP-3F" piyadanın döyüş maşını və 21 ədəd "BT-3F" zirehli transportyor) alacaq.

Прямая линия с президентом РФ Владимиром Путиным - Sputnik Azərbaycan
"Heç bir ölkədə Rusiyada olan silah yoxdur" – Putin dünyaya mesaj verdi

Sputnik Azərbaycan xəbər verir ki, müəllif Andrey Kots RİA Novosti-də mövzuya dair nəşr olunmuş məqaləsində bu sazişi "iki ölkənin hərbi-texniki əməkdaşlığının inkişafında növbəti sıçrayış adlandırıb".

Tarixə baxış

Müəllif İndoneziyanın artıq 60 ildən çoxdur ki, Rusiya (SSSR) hərbi texnikasını aldığını xatırladır: "1957-ci ildə SSSR "QAZ-69" yolsuzluq avtomobili ilə qərbli rəqiblərini udaraq, təxminən 100 belə avtomobili İndoneziya hərbi hava qüvvələrinə, 400-nü isə quru qoşunlarına təhvil verib. Sovet avtomobil sənayesinin bu veteranları ölkə hərbi qüvvələri tərəfindən hələ də istifadə olunur".

Qeyd olunur ki, bundan başqa Cakartaya onlarla "MiQ-15", "MiQ-17", "MiQ-19" və "MiQ-21" qırıcıları, "İl-28" və "Tu-16" bombardımançıları, "İl-14" və "An-12" nəqliyyat təyyarələri, "Mi-4" və "Mi-6" vertolyotları, eləcə də iki sualtı qayıq və dörd eskadra mina daşıyıcısı satılıb.

Məqaləyə əsasən, bu gün İndoneziya hərbi qüvvələrində bir çox ölkənin – ABŞ, Almaniya, İsveç, Fransa, Böyük Britaniya, Polşa, İtaliya, Belçika, İspaniya, Niderland Krallığı, Avstraliya və digərlərinin istehsalı olan texnikadan istifadə olunur. Bu istehsalçı müxtəlifliyi 1990-ci illərin sonlarında Aİ və ABŞ tərəfindən İndoneziyanın üzərinə qoyulmuş müdafiə məhsulları embarqosu ilə bağlıdır.

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Trampın silah satışı qərarı Konqresi qarışdırdı

"Sanksiyalar 2005-ci ildə ləğv olunsa da, respublika rəhbərliyi gələcəkdə bu cür məhdudlaşdırıcı tədbirlərin təkrarlanmasını istisna etmir və silah tədarük edən şirkətlərin diversifikasiyasını aparır. Onların sırasında Rusiya şirkətlərinin sayı az deyil" – deyə müəllif bildirir.

Yeni dövr

Müəllif, həmçinin son illərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıqdan yazır. Onun sözlərinə görə, 2003-cü ilin aprelində İndoneziya Rusiyadan iki ədəd "Su-27SK" və iki ədəd "Su-30MK" qırıcılarının, eləcə də iki ədəd "Mi-35P" vertolyotunun alınması üçün ümumi dəyəri 192,9 milyon dollar olan müqaviləyə imza atıb.

Bundan başqa, tərəflər 2007-ci ildə üç "Su-27SK" və üç "Su-30MK2" qırıcılarına dair müqavilə imzalayıblar. Razılaşmanın dəyəri həmin dövr üçün rekord səviyyədə idi – 336 milyon dollar. 2011-ci ildə isə altı ədəd çoxfunksiyalı "Su-30MK2" qırıcısı alınıb. Bu müqavilənin dəyəri isə artıq 470 milyon dollar idi.

İki ölkə arasında silah satışına dair digər razılaşmalar sırasında 2000-2001-ci illərdə İndoneziyaya satılmış 2000 ədəd AK-101 və AK-102 avtomatları da qeyd olunur.

"Su-35" və sanksiyalar

Minsk şəhərində “MILEX-2018” beynəlxalq silah və hərbi texnika sərgisi - Sputnik Azərbaycan
Azərbaycan Belarusa silah aparır

"Rusiya və İndoneziya arasında ən böyük sövdələşmə sözsüz ki, dəyəri 1,1 milyard dollar olan 11 ədəd "Su-35" təyyarəsi ilə bağlı keçən ilin fevralında imzalanmış müqavilədir” – deyə "Silah İxracı" jurnalının baş redaktoru Andrey Frolov RİA Novosti-yə deyib: “Beləliklə, Çindən sonra İndoneziya ən yeni qırıcılarımızı satmağa qərar verdiyimiz ikinci ölkədir".

Müəllif xatırladır ki, "Su-35"lər köhnəlmiş "Northrop F-5" qırıcılarının əvəzinə nəzərdə tutulub və keçirilmiş tenderdə amerikalı rəqibi "F-16"nı məğlub edə bilib. İndoneziya hərbçiləri "Su-35"i daha aşağı qiyməti və yaxşı taktiki-texniki xüsusiyyətlərinə görə seçib.

Birinci "Su-34" təyyarəsinin 2018-ci ilin oktyabrında İndoneziyaya çatdırılması gözlənilirdi, lakin Vaşinqton Cakartanı "CAATSA" (Amerika Rəqiblərinə qarşı Sanksiyalarla Mübarizə haqqında Qanun) çərçivəsində məhdudlaşdırıcı tədbirlərlə təhdid edərək, bu qırıcılarla bağlı müqaviləni sual altına atıb.

Hətta "Su-34"lərin çatdırılmayacağına dair söz-söhbətlər dolaşmağa başlayıb. Lakin, keçən ilin oktyabrında İndoneziya Müdafiə Naziri Ryamizard Ryakudu bildirib ki, onun ölkəsi bu sövdələşmədən çıxmaq niyyətində deyil.

Elə Rusiya tərəfi də 2019-cu il iyunun 26-da bunu təsdiq edib.

Xəbər lenti
0