BAKI, 30 iyul – Sputnik. Pxanmuncom danışıq məntəqəsində ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında görüş başlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ərazisindəki hərbsizləşdirilmiş zonaya gedib. Burada o, Kim Çen Inın lini sıxıb. Bununla da o, Cənubi Koreyanın hərbi-demarkasiya xəttindən Şimali Koreyaya keçən ilk ABŞ prezidenti olub.
Trampı görüş zamanı Cənubi Koreya prezidenti Mun Çje İn müşayiət edir.
Bundan sonra prezidentlər Cənubi Koreya ərazisinə keçiblər.