Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"OPEC plus" sazişi yenidən uzadılır – 9 aylıq

© REUTERS / Lucy NicholsonNeft nasosu, arxiv şəkli
Neft nasosu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyəli nazirin sözlərinə görə, neftə tələbat "bir az aşagı düşür", ümumilikdə isə yaxşı səviyyədə qalır

BAKI, 30 iyul – Sputnik. Neft hasilatının azaldılması üzrə "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq.

Sputnik Azərbaycan-ın məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih deyib.

X. əl-Falih bildirib: "Düşünürəm ki, 9 ay müddətinə uzadılma olacaq".

Neft hasilatının daha da azaldılmasının məqsədəuyğunluğu barədə jurnalistlərin sualını cavablandıran nazir "bazarın buna ehtiyacı olduğunu düşünmədiyini" bildirib.

Səudiyyəli nazirin sözlərinə görə, neftə tələbat "bir az aşagı düşür", ümumilikdə isə yaxşı səviyyədə qalır.

Xəbər lenti
0