Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə ağır qəza: “Toyota” “Mercedes”ə girdi - VİDEO

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə "Mercedes"in sərnişini xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib

BAKI, 30 iyun — Sputnik. Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, 23 yaşlı İslamov Elsəvər Cümşüd oğlu nasaz vəziyyətdə olan "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. Bu vaxt Hüseynov Allahverdi Cəfər oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil arxadan "Mercedes"ə çırpılıb. Nəticədə "Mercedes"in sərnişini xəsarət alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0