BAKI, 30 iyun — Sputnik. ABŞ Prezidenti Donald Trampın Huawei şirkətinə tətbiq olunan sanksiyaları müvəqqəti aradan qaldırmaq qərarı şərtsiz amnistiya demək deyil. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması Amerika şirkətlərinin bütün məhsullarının Çin şirkətinin üzünə açıldığı anlamına gəlmir. Kudlou qeyd edib ki, ABŞ Ticarət Nazirliyi ümumi təyinatlı malların – digər ölkələrdə məhdudiyyətsiz əldə edilməsi mümkün olan məhsulların Huawei şirkətinə satılması üçün müvəqqəti lisenziya verəcək.
Qeyd edək ki, iyunun 29-da BŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin ticari danışıqları bərpa etmək barədə razılığa gəliblər. ABŞ öz üzərinə Çin məhsullarına yeni sanksiyalar tətbiq etməmək öhdəliyi götürüb. Konkret məsələlər iki ölkənin nümayəndə heyətləri arasında keçirilən görüşdə müzakirə olunacaq.