BAKI, 30 iyun — Sputnik. ABŞ prezidentinin qızı İvanka Tramp G20 ölkələrini qadınları dünya iqtisadi proseslərinə cəlb etmək üçün səylərini artırmağa çağırıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İvanka Trampın fikrincə, qadınların iqtisadiyyata cəlb edilməsi təkcə sosial ədalət deyil, eyni zamanda "məqbul iqtisadi və müdafiə siyasətidir.
"Araşdırmalar göstərir ki, qadınların əmək fəaliyyətində daha fəal iştirakı beynəlxalq ziddiyyətləri həll etmək üçün zorakılıq vasitələrindən istifadə etmək ehtimalını azaldır"- İvanka Tramp bu barədə "iyirmiliyin" sammitində danışıb.
O, deyib ki, dünyanın 100-dən çox ölkəsində qadınlar kişilər kimi hüquqa malik deyil: "Bütün ölkələr o cümlədən ABŞ qadınların iqtisadi proseslərə cəlb edilməsi daha çox iş görə bilər".
Tədbirin iştirakçıları arasında qadın haqqlarına ciddi məhdudiyyətlərin olduğu Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Muhəmməd bin Salman da olub.
Qeyd edək ki, Səudiyyə Ərəsbistamında qadınlara sərbəst şəkildə bank hesabı açdırmaq, xarici ölkərlərə getmək, əri və ya atasının icazəsi olmadan tibbi əməliyyatlar etdirmək qadağandır.