Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert sənaye istehsalındakı artımın səbəblərini açıqladı

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda bir çox sənaye sahələrinin inkişaf perspektivləri mövcuddur
Fuad İbrahimov: “Sağlam rəqabət mühiti inkişafa imkan yaradacaq”

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatında baş vermiş böhrandan qısa zaman sonra biz sənaye istehsalında artıma nail ola bilmişik və bunun bir neçə səbəbi var:

“Ard-arda yaşanan devalvasiyalar dövlət tərfindən həyata keçirilməsi nəzərdə tutulmuş proqramların reallaşdırılmasına çətinliklər yaratmışdı. Hazırda konkret zaman daxilində nəzərdə proqramlarda nəzərdə tutlmuş tədbirlər həyata keçirilib. Bu ilin ilk 5 ayın statistikası da bunu deməyə əsas verir. Azərbaycanda bir çox sənaye sahələrinin inkişaf perspektivləri mövcuddur. Sağlam rəqabət mühitinin qorunub saxlanması, şübhəsiz ki, digər sahələrin də inkişafına imkan yaradacaqdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0