CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iyun ayında qış temperaturu olan ən soyuq il açıqlandı

© Sputnik / Murad OrujovДождь в Баку
Дождь в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Umayra Tağıyeva bildirib ki, 1996-cı ildə cəmi 8,1 dərəcə temperatur qeydə alınıb

BAKI, 30 iyul – Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Bakı şəhərində müşahidə olunan hava şəraitinin iyun ayı üçün xarakterik olub-olmamağına aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, , ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb.

U. Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub.

Xatırladaq ki, dünəndən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Xəbər lenti
0