Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İsveçrənin Azərbaycana qoyduğu sərmayə məlum oldu

© AFP 2024 / Mark LennihanDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

BAKI, 29 iyun — Sputnik. Berndə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlərdən danışılıb. Bildirilib ki, 2019-cu ilin 1-ci rübündə Azərbaycanda ÜDM 3%, qeyri-neft ÜDM-i 1,7%, qeyri-neft sənayesi 16,1% artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaq.

Neft buruğu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan nefti bahalaşdı

Bundan başqa qeyd olunub ki, ötən il ölkə iqtisadiyyatına 8,2 mlrd. dolları xarici investisiyalar olmaqla, 15,3 mlrd. dollar investisiya yatırılıb. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 mlrd. dollar olub ki, bunun da 50%-dən çoxu xarici sərmayələrdir. Bu ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcu 8,9 mlrd. dollar olmaqla, ÜDM-in 19%-ni təşkil edib.

Təsadüfi deyildir ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün bu il keçirilmiş sorğuda Aİ şirkətlərinin 74%-i Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndirib.

Azərbaycanın İsveçrə ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirən İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin İsveçrənin Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. 2018-ci ildə İsveçrənin Cənubi Qafqaz üzrə ümumi dövriyyəsinin 52%-ni məhz Azərbaycanla ticarət təşkil edib. Belə ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 mln. dollar olub ki, bu da 2017-ci il ilə müqayisədə 2,7 dəfə çoxdur. 2019-cu ilin yanvar-may aylarında ikitərəfli ticarət dövriyyəsi 881 mln. dollar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çox olub. Azərbaycanın qeyri-neft məhsullarının ixracında İsveçrə qabaqcıl yerlərdən birini tutur.

Xəbər lenti
0