Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur detektivin ailə sirləri haqda yeni film çəkilir

© AFP 2023 / Alex Edelman Британский актер Генри Кавилл
Британский актер Генри Кавилл - Sputnik Azərbaycan
Abunə olmaq
Şerlok Holmsun anası rolunu Helena Bonem Karter oynayacaq

BAKI, 29 iyun — Sputnik. "Supermen" filmindən hamının tanıdığı britaniyalı aktyor Henri Kavill "Enola Holms" filmində rol alıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aktyor filmdə dünyaca məşhur detektiv Şerlok Holms rolunu canlandıracaq.

Rejissor Şamil Əliyevin Çölçü filminin çəkiliş prosesi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Pul tapmayan azərbaycanlı rejissorun filmi "Möhtəşəm" mükafat aldı

Ekran əsəri Şerlokun bacısı haqqındadır. Çəkiləcək film detektiv roman yazarı, amerikalı Nensi Springerin "Enola Holmsun sirləri" əsəri əsasındadır. Roman 2006-2010-cu illər arasında yayımlanıb. Şerlok və Maykroft Holmsların bacısı olan Enolanın da detektiv araşdırmalarına böyük həvəsi olub. Enola roluna Milli Bobbi Braun, anası roluna britaniyalı aktrisa Helena Bonem Karter dəvət alıblar.

Qeyd edək ki, adıçəkilən filmin rejissoru Qarri Bredbir, ssenari müəllifi isə Cek Torndur. Filmin çəkilişlərinə bu yay start veriləcək.

 

Xəbər lenti
0