CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı dirijor çinliləri heyran elədi

© Photo : © Courtesy of Eyyub GulievЗаслуженный артист Азербайджана, обладатель президентской премии Эйюб Гулиев
Заслуженный артист Азербайджана, обладатель президентской премии Эйюб Гулиев - Sputnik Azərbaycan
Abunə olmaq
Eyyub Quliyev çinlilərə Qara Qarayevin "Yeddi gözəl" baletini dinlətdi

BAKI, 29 iyun — Sputnik. Çinin Kunmin şəhərində Kunmin Silk Road Filarmoniya orkestrinin iştirakı və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Eyyub Quliyevin rəhbərliyi altında simfonik, opera və balet musiqisindən ibarət silsilə konsertlər verilib.

Quliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, konsertdə Kunmin İncəsənət Kollecinin opera truppasının solistləri Yuri Mixaylyuk, Mariya Kuroçkina, Andrey Bilan, Tatyana Kamilova və Stanislav Maslyanka iştirak ediblər.

Известный французский флейтист Сильвен Бару - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Fransız musiqiçi: "Balabanı ilk dəfə Parisdə Alim Qasımovun konsertində eşitmişəm"

Bütün bunlarla yanaşı, konsetdə Kirill Danilovun (Rusiya) rəhbərliyi altında bütün dünyadan gənc artistlər qrupu - Qabriel Fazio (İtaliya), Lara Adriana (Meksika), Mariya Korotkova (Rusiya), Teodora Duraç (Serbiya), Sofiya Bento (Rumıniya), Oşiro Mişio (Yaponiya), Anna Amoros Kalderon (İspaniya), Olqa Sabirova (Özbəkistan), Luçiano Brakko (İtaliya) iştirak ediblər. Müxtəlif konsert proqramları Rixard Ştrausun "Don Juan"ından başlamış böyük Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinə qədər dünya musiqi sənətinin incilərini əhatə edib.

Proqramda həmçinin "Sonalar gölü", "Yatmış gözəl", "Don Kixot", "Esmeralda", "Ölmüş qu quşu" baletlərindən səhnələr, Çin bəstəkarların simfonik və vokal yaradıcılığı nümunələri olan Ode to the Red Flag, Torch Festival, Flowing stream, Dance of Yao people, Hometown accent səsləndirilib. Kunmin Filarmoniya orkestrinin Kunming Development Centre və İncəsənət Universitetinin Böyük zalında olan konsertlər tam anşlaqla keçib.

Konsertdən sonra Kunmin Filarmoniya orkestrinin və Dövlət İncəsənət Kollecinin rəhbərliyi ilə dirijor Eyyub Quliyev arasında rəsmi görüş keçirilib. Görüşdə Çin simfonik orkestri ilə Azərbaycan musiqiçilərinin birgə yaradıcılıq məsələləri müzakirə edilib.

Xəbər lenti
0