CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə 1 tondan çox narkotik məhv edilib

© Sputnik / Shahperi AbbasovaMuğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub
Muğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonun Qaradağlı kəndində ümumi çəkisi 1201 kiloqram olan 2312 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 29 iyun - Sputnik. “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyun ayının 29-da rayonun Qaradağlı kəndi ərazsindəki bələdiyyəyə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 1201 kiloqram olan 2312 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0