CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - RƏSMİ

© Sputnik / Taleh MahmudovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN: Bölgələrdə yağış yağıb, şimşək çaxıb

BAKI, 29 iyun - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşayiət olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün axşam saat 17.00 - 21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə sfbah Bakıda və Abşeron yarımadasında güclü külək gözlənildiyini deyib

Nazirlik rəsmisi vətəndaşlara müraciət edərək, bu faktoru nəzərə almağı tövsiyə edib.

Xəbər lenti
0