CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар - Sputnik Azərbaycan
Abunə olmaq
Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq

 

BAKI, 29 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına istinadla xəbər verir ki, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27° isti təşkil edəcək. Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti təşkil edəcək.

Bilgəh çimərliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çimərliklərdə külək güclənəcək - HAVA PROQNOZU

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli intensiv olacaq. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti təşkil edəcək.

Xəbər lenti
0