SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq G20-dən gözləntilərini açıqladı

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, ölkələrin sadəcə öz maraqlarından çıxış etdiyi halda hansısa konsensumun yaranması və problemlərin həlli mümkün deyil
Tofiq Abbasov: “Keçirilən danışıqların arxasında konkret nəsə dayanmır”

Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilik” (G20) sammiti start götürüb. 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, G20 sammitindən dünya üçün faydalı heç nə gözləmir:

“Bu görüşlər, əlsıxmalar, kameralara yönəlmiş gülüşlər protokol xatirinədir. Keçirilən danışıqların arxasında konkret nəsə dayanmır. Dünya birliyi baş verən proseslərdən narahatdır və çalışılır ki, liderlər görüşsün, elitalar məsləhətləşmələr aparsınlar. Ancaq ölkələrin sadəcə öz maraqlarından çıxış etdiyi halda hansısa konsensusun yaranması və problemlərin həlli mümkün deyil. Bu baxımdan, Trampla Putinin baş tutan görüşü də texniki xarakter daşıyır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0