CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda soyğunçuluq törədən şəxslər saxlanıldılar

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 29 iyun — Sputnik. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H. Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırma zamanı onların Bakı şəhər sakinləri M. Qasımov, H. Qurbanov, S. Məmmədov və N. Məmmədov olduqları müəyyən edilib.

Xəbər lenti
0