Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin gündəlik hasilat norması dəyişə bilər

© Sputnik / Murad OrujovНефтяная платформа и шельф на Каспийском море
Нефтяная платформа и шельф на Каспийском море - Sputnik Azərbaycan
Abunə olmaq
"Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin I yarısında başa çatır

BAKI, 29 iyun — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Nazir 1-2 iyul tarixlərində keçiriləcək OPEC-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

"OPEC+" nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln.barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Xəbər lenti
0