BAKI, 29 iyun - Sputnik. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qurumdan verilən məlumata görə, məlumatda iyunun 29-da saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verdiyi qeyd olunub.
"Lakin son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb", - deyə məlumatda vurğulanıb.