BAKI, 29 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini "yaxşı oğlan" adlandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti yazır.
"Düşünürəm ki, o yaxşı oğlandır. Hesab edirəm ki, görüşümüz əla alındı", - deyə Tramp bildirib. ABŞ prezidenti Putinlə çox şeyə nail olduqlarını və ticarəti müzakirə etməyə başladıqlarını deyib.
"İki böyük ölkə - Rusiya və ABŞ arasında ticarət olmalıdır. Dünən gözəl bir görüş baş tutdu. O müstəsna bir insandır", - deyə ABŞ lideri bildirib.
Dünən "Böyük İyirmiliyin" Osaka sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib.
Saat yarım davam etmiş görüşdə tərəflər beynəlxalq ticarətlə yanaşı, Suriya, İran, Venesuela və Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib, Türkiyə və Çinlə bağlı məsələlərə toxunub, və silahlanmaya müasir nəzarət modeli ilə bağlı danışıqları davam etdirməyə razılaşıblar.
Osaka görüşü Trampla Putin arasında üçüncü şəxsi görüş olub. Onlar əsasən telefonla ünsiyyət saxlayırlar.
Bundan əvvəl tərəflər dekabrda "Böyük İyirmiliyin" Buenos-Ayresdə keçirilmiş sammitində və keçən ilin yayında Helsinkidə baş tutmuş sammitdə görüşüblər.