BAKI, 28 iyun — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp strateji sabitlik məsələlərini müzakirə ediblər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Strateji sabitlik məsələləri müzakirə olunub", - deyə Lavrov jurnalistlərə bildirib.
O, əlavə edib ki, digər məsələlərlə yanaşı gündəlikdə Suriya və Ukraynada olub.
Xatırladaq ki, bu gün Yaponiyanın Osaka şəhərində "Böyük İyirmiliyin – G-20" sammiti çərçivəsində Vladimir Putin və Donald Trampın görüşü baş tutub. Görüş yarım saat davam edib.
Prezidentlər bəyan edib ki, hər iki tərəf, həmçinin bütün dünya münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır.
"Onlar, həmçinin İran, Suriya, Venesuela və Ukraynanı müzakirə ediblər", - deyə Ağ Evin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Rusiya tərəfindən görüşdə, həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov və maliyyə naziri Anton Siluanov iştirak ediblər.