Anbarın unikallığı ondan ibarətdir ki, qovaq ağacının budağının içi əl əməyi ilə ovulub. Yengiyan kənd sakini Şaiq Əlixanovun bölgə müxbirimizə bildirdiyinə görə ata-babalarımızın qış üçün tədarük etdiyi məhsullar bu anbarda saxlanılıb.
“Bu anbarda məhsul həm sağlam qalıb, həm də məhsul zərərverici həşərat və gəmiricilərdən qorunub”, Əlixanov bildirib.
O iddia edir ki, hazırda bu anbarın analoqu yoxdur.