CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Büdcənin 6,5 faizini onlara xərcləyəkmi, yoxsa cibimizdə saxlayaqmı?

© Sputnik / Murad OrujovБанковские операции. Архивное фото
Банковские операции. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat Vahid Əhmədov təkid edir ki, ölkədə uşaq pulunun verilməsi bərpa olunmalıdır

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 28 iyun — Sputnik. 2019-cu ilin ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox müzakirə olunan məsələ ölkədə uşaq pulunun bərpa olunması ilə bağlıdır. Millət vəkili Siyavuş Novruzov bildirib ki, hazırda uşaq pulu ilə bağlı Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir.

Bununla bağlı Sputnik Azərbaycan-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bir müddət əvvəl ölkə prezidenti İlham Əliyev 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Təkliflərdə 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi məsələsi də öz əksini tapıb. 

Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat: "Uşaq pulu məsələsi həll edilməlidir"
Bu isə uşaqlara müəyyən yaşadək aylıq müavinətlərin verilməsinin yenidən bərpa olunacağından xəbər verir. V. Əhmədov deyir ki, hazırda bu məsələ üzərində işlənir, uşaqlara ən azı 3 yaşınadək müavinətlərin verilməsi təklifi müzakirə edilir: "Bu gün ailədə uşaq sayından asılı olmayaraq tək uşaqlara da aylıq müavinətin verilməsi gündəmdədir. Yadınızdadırsa, sovet dövründə də uşaq pulu uşaqların sayına görə verilirdi. Amma artıq biz özümüz müstəqil dövlətik, qərarlarımızı müstəqil şəkildə veririk. Əsas odur ki, bu məsələ gündəmdən düşmür, qüvvədədir. Düşünürəm ki, uşaq pulunu bərpa etmək vacibdir. Çünki uşaqların saxlanılması maddi imkan tələb edən məsələlərdən biridir. Diqqət verirsinizsə, son vaxtlar cənab Prezident tərəfindən çox ciddi sosial islahatlar həyata keçirilir. Milli Məclisə müəyyən dəyişikliklər daxil olanda biz də bu məsələni müzakirə edəcəyik. Mən təklif edərdim ki, uşaqlara uşaq pulu ən azı 5 yaşına qədər verilsin. Əvvəllər də təklif etmişəm ki, uşaqlar müavinətdən 5 yaşa qədər istifadə edə bilsin ki, şəraitləri yaxşı olsun. Hansı qərarın qəbul ediləcəyi sözsüz ki, bəlli deyil. Çünki iqtisadi məsələ olduğu üçün baxılmalıdır, hesablanmalıdır. Bunun qəbul edilməsini isə birmənalı olaraq vacib hesab edirəm".

V.Əhmədov deyir ki, söhbət 3 yaşdan getsə də, müəyyən variantlar da ola bilər. O ki, qaldı Avropa və Asiya təcrübəsinin öyrənilməsinə, deputat deyir ki, bizim kimdənsə öyrənməyimizə ehtiyac yoxdur: "Əgər sosial tələb varsa, insanların ehtiyacı varsa, tətbiq edilməlidir. Rusiyada artıq müavinətlər verilir. Biz də uşaq pulunu bərpa etməliyik"

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib. Təklif edilən mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qrupuna görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsi təklif edilir. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı isə 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir. Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsi təklif edilir. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. 

Pul sayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq pulu bərpa olunacaqmı – Müraciət də var, niyyət də
Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır. Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir. Bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu da illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə aldıqda bu məbləğin nisbətən aşağı olacağı düşünülür. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif qəbul edilsə, illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək.

Xəbər lenti
0