Ərdoğandan maraqlı təklif - yaponlar kimi edəcək

© © AA / Cumhurbaşkanlığı / Kayhan ÖzerTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Yaponiyadakı 80 qadın universitetini araşdıracaqlarını və Türkiyədə də bu addımın atılacağını deyib

BAKI, 28 iyun — Sputnik. Türkiyədə qadın universitetləri açıla bilər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyadakı 80 qadın universitetini araşdıracaqlarını və Türkiyədə də bu addımın atılacağını deyib.

G20 Sammitində iştirak etmək üçün Yaponiyaya gedən Ərdoğana "Mukogawa" qadın universiteti tərəfindən fəxri doktor adı verilib.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstanda azərbaycanlıların təhsil aldığı universitet bağlanıb

Mərasimdə danışan Ərdoğan Yaponiyada 800 universitet olduğunu və bunun 10 faizinin qadın universiteti olduğunu söyləyib: "Bu universitetləri araşdıracağam və ölkəmdə də bu addımı atacağıq".

Qeyd edək ki, yalnız qadın tələbələrin qəbul edildiyi universitetlərə qadın universitetləri deyilir.

Avstraliya, Böyük Britaniya, Kanada kimi Qərb ölkələrinin yanında Yaponiya, Cənubi Koreya, Çin və Hindistan kimi Asiya ölkələrində də qadın universitetləri var.

İran, İordaniya, Küveyt, Sudan, Pakistan kimi müsəlman ölkələrdə də yalnız qadınların getdiyi universitetlər var. Səudiyyə Ərəbistanda isə bütün universitetlərdə qadın və kişi tələbələr ayrı-ayrı şəhərciklərdə təhsil alır.

Xəbər lenti
0