Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollara gözlənilməz zərbə: Rusiya və Çin imtina etdi

© AP Photo / Mark LennihanDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmlər yaradılır

BAKI, 28 iyun — Sputnik. Rusiya və Çin milli valyutalarda hesablaşmalara keçid haqqında hökumətlərarası razılaşma imzalayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, müvafiq sənədi Rusiya maliyyə naziri Anton Siluanov və Çin Mərkəzi bankının sədri İ Qan tərəfindən imzalanıb.

Mərkəzi bank - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Manat avroya və lirəyə qarşı gücləndi

Rusiya maliyyə nazirinin müavini Sergey Storçakın müvafiq məktubundan məlum olur ki, tərəflər sazişi hələ iyunun 5-də imzalayıblar.

Məktubda qeyd olunur ki, hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmlər yaradılır.

Nəşr yazır ki, tərəflər arasında milli valyutalarda hesablaşmaların artırılması üçün rubl və maliyyə alətləri bazarının yaradılması önəmlidir. Yaxın gələcəkdə Çinlə hesablaşmalarda rublun payı 50%-ə çata bilər. Hazırda isə bu rəqəm 10% civarındadır.

Mənbə, həmçinin bildirib ki, tərəflər artıq dollarla bağladığı müqavilələr üzrə də hesablaşmalarda rubl və yuana keçə bilər.

Xəbər lenti
0