BAKI, 28 iyun — Sputnik. Yaponiyanın Osaka şəhərində "G-20" sammiti çərçivəsində Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"-yə istinadən xəbər verir.
Gözlənilir ki, liderlər ikitərəfli münasibətləri, həmçinin İran, Ukrayna, Əfqanıstan, Suriya, Venesueladakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, 28-29 iyul tarixlərində Yaponiyanın Osaka şəhərində "Böyük iyirmiliyin" sammiti keçirilir.