CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntihara cəhd edən ata və övladından xəbər var

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ata baş, boyun, gövdə, aşağı ətraflar və budun arxa hissəsində təxmini olaraq 70% termiki yanıq xəsarəti alıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Ötən gün gecə saatlarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında arzuolunmaz olay baş verib. Belə ki, Mingəçevirdə orta yaşlı kişi övladını xəstəxanaya gətirdikdən sonra öz üzərinə benzin tökərək intihara cəhd edib.

Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta Agentliyindən verilən məlumata görə, uşağın atası, 1990-cı il təvəllüdlü şəxs, övladının vəziyyətinə görə keçirdiyi stress səbəbindən iyunun 27-də xəstəxananın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. 

Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
Təcili yardım xidmətinin baş həkimi Səhiyyə Nazirliyinin hərəkətinə mat qalıb
Xəstəxana personalı tərəfindən hadisəyə müdaxilə edilib və xəstəyə dərhal ilkin tibbi yardım göstərilib. Ağır dərəcəli bədən xəsarəti alan xəstə reanimasiyaya alınıb. O, baş, boyun, gövdə, aşağı ətraflar və budun arxa hissəsində təxmini olaraq 70% termiki yanıq xəsarəti alıb, vəziyyəti çox ağır qiymətləndirilir. Xəstənin vəziyyəti ilə bağlı tibb müəssisəsinə Respublika Yanıq Mərkəzindən konsultasiya üçün mütəxəssis dəvət olunub.

İntihara cəhd edən şəxsin övladı, 2015-ci il təvəllüdlü uşaq iyunun 27-də 38 dərəcə qızdırma ilə valideynləri tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra yuxarı tənəffüs yollarının kəskin infeksiyası diaqnozu ilə uşaq şöbəsinə (stasionara) yerləşdirilib. Uşağın vəziyyəti orta qiymətləndirilir və hazırda müalicəsi davam edir.

Xəbər lenti
0