CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclər üçün Prezident Mükafatının sayı artırılır

© Sputnik / Murad OrujovМолодежь прогуливается по Бакинскому приморскому бульвару
Молодежь прогуливается по Бакинскому приморскому бульвару - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti üç ay müddətində təkliflər hazırlayacaq

BAKI, 28 iyun — Sputnik. Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanda qeyd edilir ki, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilsin.

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM

Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.

Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Gənclər və İdman Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti
0