Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənistanda girov saxlanan vətəndaşımız qaytarıldı

© Sputnik / Viktor Tolochko / Mediabanka keçidПограничная вышка наблюдения, фото из архива
Пограничная вышка наблюдения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahimov Elvin Arif oğlu Qazax rayonu ərazisində saxlanılmış Karapetyan Zaven Avanesoviçlə dəyişdirilib

BAKI, 28 iyun — Sputnik. Ermənistanda girovluqda olan azərbaycanlı qaytarılıb.

Bu barədə Sputnik Azərbaycan-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

© ORDUAzaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov
Ermənistanda girov saxlanan vətəndaşımız qaytarıldı - Sputnik Azərbaycan
Azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil verilibr.

Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilmişdir.

Xəbər lenti
0