CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü imtahan var: hamı Bakıya gələcək

© Photo : Baku city Education DepartmentDirektor müavini olmaq istəyənlər imtahan zamanı
Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək

BAKI, 28 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi 2019-cu il iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
CƏMİYYƏT
İmtahanlarda gərginlik yaşamamaq üçün xüsusi xidmət yaradılıb

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edilib ki, imtahan Bakı şəhərində təşkil olunacaq. BA qrupu üzrə 432, BB qrupu üzrə 1334, ümumilikdə isə 1766 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi‑müəllim, 6 bina nümayəndəsi ayrılıb.

Сломанный карандаш, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Camaatın uşağı"nı unudun, sizə öz övladınız lazımdır

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

"İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Xəbər lenti
0