Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda yeni qurum yaradılır: fermerlərin pul işini həll edəcək

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aqrar Subsidiya Şurası aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqandır

BAKI, 28 iyun — Sputnik. Azərbaycanda aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Aqrar Subsidiya Şurası yaradılır.

Gələcəyin fermerləri: İlk özünü idarə edən traktor necə görünür  - Sputnik Azərbaycan
VİDEO
Gələcəyin fermerləri: İlk özünü idarə edən traktor necə görünür

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda öz əksini tapıb.

Qaydaya əsasən, Şura Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 üzvdən ibarətdir. Şuraya rəhbərliyi Kənd Təsərrüfatı naziri həyata keçirir.

Şura ictimai əsaslarla fəaliyyət göstərir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

Bərdənin Körpüsındıran kəndində əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Göydən od yağır, kəndli isə bir qurtum su tapmır – Olan da bizə olur

Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi; məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi; toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi; subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi.

Aqrar Subsidiya Şurası aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqandır.

Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə KTN-in dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.

Xəbər lenti
0