CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsuda 14 baş heyvanın ölüm səbəbi bəlli oldu

CC0 / MihaiGuzun / CowКорова, фото из архива
Корова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdan yoxlama üçün Ağsuya 3 nəfər baytar ezam olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Ağsuda 14 baş iribuynuzlu heyvan ölüm səbəbi bəlli olub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Ekspert dönərxanalardan danışdı: təhlükəli heyvan ətlərindən dönər hazırlayırlar

O, bildirib ki, hadisənin baş verməsinə səbəb heyvanların örüşdə kalaş adlı zəhərli bitkidən otlaması olub. Y. Xanvəli bildirib ki, hadisə rayonun Padar kəndində qeydə alınıb: "Örüşdə 250 ayrı-ayrı təsərrüfatlara məxsus heyvan olub. Hadisə zamanı kənd sakinlərinə məxsus 14 baş iribuynuzlu heyvan ölüb. İlkin şübhələrimizə görə, zəhərlənməyə səbəb heyvanların örüşdə kalaş adlı bitkini otlaması olub. Ola bilər ki, orada digər zəhərli bitkilər də olub. Amma fakt heyvanların otladığı sahədə zəhərli kalaş bitkisi olub. Artıq Bakıdan Ağsuya 3 nəfər baytar ezam olub. Heyvanlardan nümunələr götürülüb, yoxlanılması üçün Qida Təhlükəsizliyi İnstitutunun Laboratoriyasına göndərilib. Bizdə olan ilkin ehtimal odur ki, heyvanlar sırf zəhərlənmə baş verdiyi üçün ölüb. Yəni infeksiya səbəbindən ölüm baş verməyib. Amma hazırda laboratoriyada yoxlama aparılır".

Qeyd edək ki, Ağsu rayonunda iri buynuzlu heyvanlar arasında kütləvi ölüm hadisəsi baş verib. Kənd sakinlərinin sözlərinə görə, iribuynuzlu heyvanlar örüş sahəsində otlayan zaman kütləvi zəhərlənmə baş verib. Yerli sakinlərin sözlərinə görə, onlara ümumilikdə 25 min manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı rayon Baytarlıq İdarəsinin həkimləri əraziyə baxış keçiriblər. Ölmüş heyvanlardan nümunələr götürülərək araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Heyvanların hansı səbəbdən zəhərlənməsi laboratoriyanın rəyindən sonra müəyyən olunacaq.

Xəbər lenti
0